İdman

Avropa Liqası: “Qarabağ” bu gün “Bayer 04”ü qəbul edəcək

9 Noyabr 2023 09:15
Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının qrup mərhələsində bu gün IV turun oyunları keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" növbəti matçına çıxacaq.

H qrupunda yer alan Ağdam təmsilçisi Almaniyanın "Bayer 04" klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri ötən turda səfərdə 1:5 hesabı ilə məğlub olduqları Leverkuzen komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəklər.

Hazırda "Bayer" 9 xalla qrupa liderlik edir, "Qarabağ" isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qrupun digər görüşündə "Hekken"lə (İsveç) "Molde" (Norveç) birincilərin meydanında üz-üzə gələcəklər.

UEFA Avropa Liqası
H qrupu, IV tur
9 noyabr

21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer 04" (Almaniya)
Baş hakim: Kreyq Pouson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.