İdman

5 ulduz "Qalatasaray"dan gedir! - ADLAR

8 Noyabr 2023 09:12
Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 "Qalatasaray" klubunda 5 futbolçunun komandadan ayrılması gözlənilir. 

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki,  "Fotomaç" nəşrinə istinadən xəbər verir ki, son iki mövsümdə möhtəşəm performans göstərən Saşa Boey, Lukas Torreyra, Kerem Aktürkoğlu, Viktor Nelsson və Abdulkerim Bardakçı Avropa klublarının hədəfindədir. Adıçəkilən oyunçular bu gecə "Bayern"ə qarşı oyunda bir çox klubların skautları və nümayəndələri tərəfindən izləniləcək.

"Cim-Bom"un yeni müqavilə təklifini rədd edən Saşa "Arsenal" və "Mançester Yunayted" klublarının maraq dairəsindədir. Uruqvaylı Torreyraya İtaliya A Seriyasında "Latsio" və "Fiorentina" kimi klublardan təklif var. Kerem Aktürkoğlu, Nelsson və Abdulkerimlə isə İngiltərə və İtaliya klubları yaxından maraqlanır.

Qeyd edək ki, "Bayern" (Münhen) - "Qalatasaray" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.