İdman

Futbol tarixinin ən böyük təklifini aldı - Bu ölkəyə gedir

7 Noyabr 2023 12:59
Baxış: 1 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanı klubları "Roma"nın hücumçusu Paulo Dibalanı transfer etməyə çalışır.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, futbolçuya iki klub müqavilə təklif edib. Məlumata görə, klublar hücumçuya illik 35 milyon avro məvacib təklif edib. İddialara görə, futbolçu seçimi edərək, təklifə razılıq verəcək. "Roma"nın məşqçisi Joze Mourinyonun da Səudiyyə Ərəbistanı klubuna transfer olacağı deyilir. Mourinyo və Dibalanın eyni kluba transferi də mümkün ola bilər. Mourinyoya təklif edilən məvacibin futbol tarixində heç bir məşqçiyə təklif edilmədiyi bildirilir.

Qeyd edək ki, Mourinyo Səudiyyə Ərəbistanında baş məşqçi işləyə biləcəyini açıqlamışdı. Paulo Dibala "Roma"da klubunda 45 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.