İdman

Rusiyalı ulduz futbolçu narkotikə görə tutuldu

3 Noyabr 2023 16:22
Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya milli komandasının sabiq futbolçusu Aleksey Buqayev həbs edilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onun üzərində narkotik maddə olan 495 qrama yaxın mefedron aşkarlanıb. Krasnodar məhkəməsinin çıxardığı qərara əsasən, 42 yaşlı Buqayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. O, satış məqsədilə narkotiklərin qeyri-qanuni dövriyyəsində ittiham olunur.

Qeyd edək ki, Buqayev 2001-2010-cu illərdə Rusiyanın "Torpedo" (Moskva), "Tom", "Lokomotiv" (Moskva), "Ximki" və "Krasnodar" klublarında çıxış edib. 2004-2005-ci illərdə Rusiyanın əsas millisində 7 oyun keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.