Bütün dünya bu qızdan danışır: Onun zərbəsinə tab gətirən tapılmır - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Viktoriya Dudakova iyulda UFC-də debüt edib. Keçən həftə dünyanın əsas döyüş liqasında ikinci qələbəsini qazanıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Viktoriya 26 yanvar 1999-cu ildə Rusiyada, Volqoqradda anadan olub. Uşaq yaşlarında üzgüçülüklə məşğul olub. Bu idman növündəki karyerası heç də uğursuz alınmayıb. Vika bir neçə dəfə yeniyetmələr arasında Rusiya çempionatının qızıl medalını qazanıb. Artıq 14 yaşında idman ustası adını qazanıb.
16 yaşında Viktoriya idmanı karyerasında köklü dəyişiklik edib. Dudakova kikboksinq və pankration dərsləri almağa başlayıb. Təəccüblü deyil, çünki onun kumiri Ronda Rusi idi:
"Mən həmişə döyüşməyi xoşlayırdım. UFC çempionu Rondanın döyüşlərini izləmək çox xoşuma gəlirdi. Lakin özüm rinqə girməyə cəsarət etmədim. Anam bu işdə mənə kömək etdi. Məni idman zalına gətirdi və sadəcə cəhd etməyi təklif etdi. Bu, mənim xoşuma gəldi. Baxmayaraq ki, indi anam gördüyüm işdən o qədər də razı deyil, çünki bəzən evə göm-göy bədənlə gəlirəm".
2019-cu ildə Dudakova 57 kq-a qədər çəki dərəcəsində Avropa MMA Çempionatının qalibi olub. O, bu titulu qazanan ilk rusiyalı idmançı kimi tarixə düşüb.
Viktoriya daha sonra bir neçə təşkilatın - "Fight Nights", "Open Fighting" turnirlərində döyüşdü və hamısında qalib gəlib. Vika 6 görüşdə qazandığı 6 qələbə ilə dünyanın əsas döyüş liqasına - UFC-yə daxil olub. Buradakı ilk döyüşündə braziliyalı İstela Nuneşi 34 saniyədə texniki nokautla məğlub edib. Oktyabrın 21-də UFC 294 turniri çərçivəsində baş tutan ikinci döyüşündə Dudakova hakimlərin qərarı ilə Jin Yu Freyi məğlub edib.
Bu qələbədən onra Viktoriyayla bağlı qəribə vəziyyət yaranıb. O, oktaqonda virusa yoluxduğunu bildirib. Lakin bu barədə təşkilatçılara məlumat verməyib. O, UFC ilə münasibətlərinin pozulmasından narahat olub.
UFC-nin rəhbəri Dana Uayt hadisədən xəbər tutduqdan sonra qəzəblənib: "Əgər yalan danışıb bu cür hadisələri gizlədəcəksənsə, evə gedərkən bunu et. Hər kəs bunu edir. Niyə döyüşdən sonra burada oturub deyirsən ki, infeksiya olub? Düzünü desəm, çox qəribədir".
Bu hadisədən sonra Viktoriyanın UFC-də üçüncü döyüşünün olub-olmayacağıyla bağlı məsələ hələ açıq qalıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
İdman brendi Benzemadan imtina etdi
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
XƏBƏR LENTİ
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)





