İdman

“Maynts” Fələstini dəstəklədiyi üçün kənarlaşdırılan futbolçunu geri qaytardı

31 Oktyabr 2023 09:41
Baxış: 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Bundesliqası klubu "Maynts" daha əvvəl Fələstinə dəstək verdiyi üçün cəzalandırılan və komandadan kənarlaşdırılan Ənvər əl-Qazini geri qaytarıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

Qeyd olunur ki, 28 yaşlı futbolçu klub rəhbərliyinə mövqeyini izah edib və onun yenidən heyətə qaytarılmasına qərar verilib.

Yeri gəlmişkən, əl-Qazi yalnız cari mövsümün əvvəlindən "Maynts"da çıxış edir.

Onu da əlavə edək ki, hazırda klub Bundesliqanın autsayderlərindən biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.