İdman

Messi hələ nə qədər futbol oynayacağını açıqladı

31 Oktyabr 2023 08:35
Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "İnter Mayami" klubunun kapitanı Lionel Messi uzun müddət futbol oynamağı planlaşdırdığını bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Nə vaxta qədər oynamağa davam edəcəyəm? Çox uzun müddət. Mən bilmirəm. Fiziki olaraq özümü necə hiss etdiyimdən asılı olacaq. Tarix deyə bilmərəm. Hər şey gündən-günə dəyişir", - deyə Messi vurğulayıb.

Qeyd edək ki, "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib. Bu mükafata ABŞ-ın "İnter Mayami" klubunun kapitanı Lionel Messi layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.