İdman

“Qarabağ”dan qara paylaşım - FOTO

27 Oktyabr 2023 09:00
Baxış: 1 492
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün tanınmış diktor Ramiz Qafarov ürəktutmasından vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Qarabağ"ın ev oyunlarında stadionun diktoru olan R. Qafarovun vəfatı ilə bağlı klub başsağlığı verib.

Sosial şəbəkədə yayılan paylaşımı təqdim edirik:

"Tanınmış idman diktoru, daim səsini "Qarabağ"ın oyunlarında duyduğumuz Ramiz Qafarov dünyasını dəyişib. "Xarı Bülbül Şuşa" voleybol klubunun avrokubok qarşılaşmasında aparıcılıq edərkən halı pisləşən diktor vəfat edib.

Mərhuma Allahdan rəhmət, yaxınlarına səbir diləyirik.

Allah rəhmət eləsin!".

Qeyd edək ki, Ramiz Qafarovun "Spartak" - "Xarı bülbül" voleybol matçında halı pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.