İdman

UEFA Gənclər Liqası: "Qəbələ" növbəti mərhələdə

25 Oktyabr 2023 20:03
Baxış: 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" I mərhələnin cavab matçında Macarıstanın "Puşkaş Akademiya" klubunun qonağı olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 56-cı dəqiqədə Kənan Baxışov fərqlənib.

Tərəflər arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Beləkiklə, "Qəbələ" iki görüşün nəticəsinə əsasən növbəti raunda yüksəlib. Komanda bu mərhələdə "Leççe" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi ilə görüşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.