İdman

"Qarabağ"ı aparan təyyarədə SÜRPRİZ ŞƏXS - FOTO

24 Oktyabr 2023 21:33
Baxış: 1 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oltyabrın 26-da Avropa Liqasında növbəti görüşünə çıxacaq "Qarabağ" Bakını tərk edib.

"Köhlən atlar"ı Almaniyaya aparan çarter reysli təyyarə axşam 7 radələrində havaya qalxıb.

Ağdamlılar Bakıdan Kölnə uçacaq, oradan Leverkuzenə olan məsafəni avtobusla qət edəcək.

Milli.Az Sportinfo.az-a istinadən xəbər verir ki, "Qarabağ"la səfərə çıxanlar arasında sürpriz azarkeş diqqət çəkib.

"Turan Tovuz"a sponsorluq edən "Huner Group"un rəhbəri Ehtiram Quliyev də "Qarabağ"ı dəstəkləmək üçün Almaniyaya yollanıb.

Maraq üçün bildirək ki, tanınmış futbol funksioneri avrokubok matçları zamanı "Qarabağ"ın azarkeşi kimi tanınır.

"Bayer" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory