İdman

Gənc futbolçu “Barselona”nın tarixinə düşüb

23 Oktyabr 2023 10:45
Baxış: 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın gənc futbolçusu Mark Qiu İspaniya klubunun tarixinə düşüb.

Milli.Az "report"a istinadən bildirir ki,  o, La Liqanın X turunda "Atletik"lə oyunda fərqlənərək buna nail olub.

79-cu dəqiqədə meydana daxil olan hücumçu cəmi 1 dəqiqə sonra komandasına 1:0 hesablı qələbə qazandıran qolu vurub. 17 yaş 291 günündə fərqlənən Qiu XXI əsrdə La Liqada "Barsa"nın heyətində debüt matçında fərqlənən ən gənc oyunçu rekordunu yeniləyib.

Qeyd edək ki, 24 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Barselona" lider "Real"dan cəmi 1 xal geri qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.