İdman

“Əl-Əhli” 200 milyon avro təklif etdi

22 Oktyabr 2023 16:41
Baxış: 982
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əl-Əhli" "Real"ın ulduzu Vinisius Junioru transfer etmək istəyir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Ərəbistan klubu bu keçidə görə, 200 milyon avro ödəməyə hazırdır.

"Real" braziliyalı hücumçu ilə yeni müqavilə ilə bağlı danışıqlar aparır. İspaniya mətbuatı bütün detalların razılaşdırıldığını və yaxın günlərdə bu barədə açıqlama veriləcəyini qeyd edib. "Əl-Əhli" isə bundan istifadə edərək, irəli sürən təklifin "Real" tərəfindən qəbul ediləcəyinə ümidini itirməyib.

Qeyd edək ki, Junior İspaniya Primerasında bu mövsüm 7 oyunda meydana çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.