İdman

De Byazi: Avstriya ilə oyunda yaxşı nəticə üçün çalışacağıq

15 Oktyabr 2023 19:54
Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sabahkı oyun çox çətin olacaq. Avstriya çox yaxşı komandadır".

Milli.Az Matc.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçiriləcək oyun barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis rəqibin aparıcı oyunçularının olmayacağını xatırladıb: "İlk oyunla müqayisədə çox inkişaf ediblər, modern futbol oynayırlar. Onların Belçikaya məğlubiyyətləri aldadıcı ola bilər. Avstriya Belçikadan yaxşı oynadı. Açığı, Avstriya ilə ilk görüşdə fərqli nəticə düşünürdüm, amma 1:4 uduzduq. Komanda kimi inkişaf edirik, 14 matçda 7 qələbə qazanmışıq. Sabah da yaxşı nəticə qazanmağa çalışacağıq".

Çalışdırıcı azarkeş dəstəyinə ehtiyac duyduqlarını söyləyib: "Azarkeşlər sabah gəlib bizə kömək etsələr, 12 nəfərlə oynayacağıq. Stadionda azarkeş çox olanda, dəstək veriləndə gözəldir".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Avstriya qarşılaşması saat 20:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.