İdman

Azərbaycan atıcısı Avropa Kubokunda bürünc medal qazandı

15 Oktyabr 2023 19:44
Baxış: 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan atıcısı Ruslan Lunyov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Lapua Avropa Kubokunda bürünc medal qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, o, 25 metr məsafəyə standart tapançadan atəşaçma yarışında üçüncü yeri tutub.

Qeyd edək ki, oktyabrın 9-15-də keçirilən yarış Avropa Atıcılıq Konfederasiyasına məxsusdur və qitənin qeyd edilən növdə ən güclü atletlərinin yarışıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.