İdman

Ronalduya bu səbəbdən 99 şallaq vurulacaq - FOTO

11 Oktyabr 2023 20:45
Baxış: 1 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əl-Nəsr"ın hücumçusu Kriştianu Ronaldu İrana səfər edəcəyi halda, fiziki cəza ilə üzləşə bilər.

Milli.Az Fanat.Az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz İrana getsə, ona 99 qamçı zərbəsi vurulacaq. 

Buna onun İrana son səfəri zamanı etdiyi hərəkət əsas verib. Belə ki, o, bu yaxında sözügedən ölkədə səfərdə olarkən əlil sənətçi Fatimə ilə görüşüb. Kriştianu onunla nəinki söhbət edib, hətta İran qanunlarının qəti qadağan etməsinə baxmayaraq, qucaqlayıb öpüb.

38 yaşlı Ronaldu bu mövsüm "Əl-Nəsr"in heyətində iştirak etdiyi bütün turnirlərdə 11 matça çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.