Oktyabrın 5-də UEFA Konfrans Liqasında ikinci turun oyunları keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyə təmsilçisi "Beşiktaş" öz meydanında İsveçrənin "Luqano" klubuna məğlub olub - 2:3. "Qara qartallar" oyunun gedişində 2:0 hesablı üstünlük əldə etsələr də, matçın son 10 dəqiqəsində qapısından 3 top buraxıb.
Türkiyənin digər təmsilçisi "Fənərbağça" isə səfərdə Slovakiyanın "Spartak Trnava" klubu ilə qarşılaşıb. İsmail Kartalın yetirmələri bu oyunda da qələbə qazanıblar - 3:1.
Qeyd edək ki, bu, "Fənərbağça"nın bu mövsüm bütün turnirlər daxil olmaqla qazandığı ardıcıl 15-ci qələbə olub.
Azərbaycanlı futbolçu Mahir Əmrəlinin forma geyindiyi "Dinamo Zaqreb" isə səfərdə Kosovonun "Balkani" klubuna gözlənilmədən uduzub - 0:2. Mahir Əmrəli bu oyunda 46-cı dəqiqədə meydana daxil olub.
Turun digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:
"Astana" - "Plzen" - 1:2
"Budo-Qlimt" - "Brügge" - 0:1
"Breydablik" - "Zorya" - 0:1
"Gent" - "Makkabi Təl-Əviv" - 2:0
"Klaksvik" - "Lill" - 0:0
"Olimpiya Lyublyana" - "Slovan Bratislava" - 0:1
"Aberdin" - "HİK" - 1:1
"Aston Villa" - "Zrinski" - 1:0
"AZ Alkmaar" - "Legiya" - 1:0
"Çukariçki" - "Genk" - 0:2
"Fiorentina" - "Ferentsfaroş" - 2:2
"Norşelland" - "Ludoqorets" - 7:1
PAOK - "Ayntraxt" - 2:1.