İdman

Ronaldo nə vaxt futboldan gedəcəyini AÇIQLADI

23 Sentyabr 2023 14:21
Baxış: 1 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanının "Əl-Nasr" komandasının 38 yaşlı portuqaliyalı hücumçusu Kriştiano Ronaldo hesab edir ki, futbolçu karyerasından imtina etmək hələ tezdir.

Milli.Az lent.az-a istinadən bildirir ki, futbolçu yalnız səhhəti ilə əlaqədar karyerasını bitirəcəyini deyib:

"Deyirlər ki, futboldan imtina edə bilərsən... Bu doğru deyil. Ayaqlarım bəsdir deməyincə, oynamağa davam edəcəm.

Mənə hələ çox var. Hələ də futbolu, qol vurmağı və qalib olmağı sevirəm. Sübut edirəm ki, məndən imtina etmək üçün hələ tezdir".

Qeyd edək ki, sentyabrın 22-də Səudiyyə Ərəbistanı çempionatının 7-ci turunun "Əl-Nəsr" - "Əl-Əhli" görüşü keçirilib və bu görüşdə Ronaldonun komandası rəqibini 4:3 hesabı ilə məğlub edib. 38 yaşlı portuqaliyalı dubla imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.