İdman

Messinin arzusu bu klubda oynamaqdır

23 Sentyabr 2023 11:40
Baxış: 1 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi Argentina "Nyuels Old Boys"unda oynamaq istəyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hücumçu özü bildirib.

"Mən həmişə bunu istəmişəm. Xüsusən dünya çempionu olduqdan sonra Argentinaya qayıdıb "Nyuels Old Boyz"da oynamaqdan həzz almağı düşünmüşəm. Bu komandada oynamaq mənim arzumdur", - deyə futbolçu etiraf edib.

Qeyd edək ki, Messi yeniyetmə vaxtlarında "Nyuels Old Boys"un akademiyasında oynayıb. Bu yay Fransa PSJ-sindən ayrılıb "İnter Mayami"yə keçən hücumçunun ABŞ klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm Messi ABŞ-də 12 oyun keçirib, 11 qol vurub və beş məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.