İdman

Dünya Kuboku: Azərbaycanın idman gimnastı finala yüksəlib

2 Sentyabr 2023 22:20
Baxış: 839
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Türkiyənin Mersin şəhərində keçirilən "Challenge" seriyasına aid Dünya Kubokunda finala yüksəlib.

Federasiyadan Milli.Az-a verilən məlumata görə, idmançımız dayaqlı tullanma hərəkətinin icrasında həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, Dünya Kubokunda Azərbaycanı kişilər arasında Mənsum Səfərovla Nikita Simonov, qadınların yarışında isə Nazənin Teymurova və Samirə Qəhrəmanova təmsil edir.

Yarışa sentyabrın 3-də yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.