İdman

"Neftçi" Dünya Qadın Seriyasının dörd qat mərhələ qalibi olub

29 Avqust 2023 07:07
Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 28-də Macarıstanda təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsində final oyunu baş tutub. Təmsilçimiz "Neftçi" final oyununda Almaniyanın "Düsseldorf Zoos" klubu ilə qarşılaşıb.

Milli.Az xəbər verir ki, oyuna üstün başlayan "Neftçi", yekunda rəqibi üzərində 21-10 hesabı ilə qələbə qazanaraq, heç bir görüşdə məğlub olmadan Debretsen mərhələsinin qalibi olub. Debretsen mərhələsinin ən dəyərli oyunçusu (MVP) "Neftçi" klubunun üzvü Bryana Freyzer seçilib. Bu çempionluq ilə "Neftçi", Dünya Qadın Seriyasında 4-cü dəfə mərhələ qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.