İdman

“Roma”da türkmən hücumçu

26 Avqust 2023 21:16
Baxış: 1 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, "canavarlar" Almaniya "Bayer"inin (Leverkuzen) hücumçusu Sərdar Azmunla anlaşıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 28 yaşlı forvard icarə əsasında paytaxt təmsilçisinin formasını geyinəcək. "Roma"nın futbolçunu 12 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququ var.

Keçən ilin qışından "Bayer"də oynayan hücumçu daha əvvəl Rusiyada "Zenit", "Rubin", "Rostov" və İranda "Sepahan"ın formasını geyinib. Əslən türkmən olan futbolçu İran yığmasında 69 matçda 42 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.