İdman

"Mançester Yunayted"in yeni sahibi məlum olub

23 Avqust 2023 08:23
Baxış: 1 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şeyx Jassim İngiltərənin "Mançester Yunayted" futbol komandasının satın alınması uğrunda mübarizəni qazanıb və oktyabrın ortalarına qədər klubun 6 milyard funt-sterlinq dəyərində alınmasını tamamlamağa hazırlaşır.

Milli.Az report-a istinadən xəbər verir ki, Qətərin kral ailəsinin üzvü Qleyzer ailəsinin klubdakı payını saxlamağa razı olan britaniyalı milyarder Cim Retklifi qabaqlayıb.

Məlumata görə, Qleyzerlər "Mançester Yunayted"də pay saxlamaq və klubda səhmlərə sahib olmaqda davam etmək niyyətində olublar, lakin iş adamlarına bunun azarkeşlərin böyük reaksiyasına səbəb olacağı barədə xəbərdarlıq edilib.

Qleyzer ailəsi "Mançester Yunayted"i 2005-ci ildə 800 milyon funt-sterlinqə satın alıb.

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının cari mövsümündə iki oyun keçirib. Bu oyunlardan birində qalib, digərində məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.