İdman

“Qarabağ”ın yeni qapıçısı bu gün Bakıya gəlir

18 Avqust 2023 12:20
Baxış: 1 777
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ" "Bayer"dən (Almaniya) ayrılan qapıçı Andrey Lunyevlə razılaşıb.

Milli.Az xəbər verir ki, Qol.az-ın əldə etdiyi məlumata görə, 32 yaşlı qolkiper bu gün Bakıya gələcək. O, sabah tibbi müayinədən keçəcək. Daha sonra rusiyalı qolkiperlə 1 illik müqavilə imzalanacağı gözlənilir. Andrey "Qarabağ"a azad agent kimi keçib.

Qeyd edək ki, Lunyov karyerası ərzində "Torpedo", "İstra", "Kaluqa", "Saturn Ramenskoye", "Ufa", "Zenit" komandalarında da oynayıb. O, son klubu "Bayer"də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb.

Andrey Rusiyanın əsas millisində 7 oyun keçirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.