İdman

Erməni idmançını məğlub edən Çingiz Əlləzov Vətəndə belə qarşılandı - FOTO

9 Avqust 2023 17:42
Baxış: 1 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə "One Championship" Dünya Qran-Prisinin qalibi və yüngül çəkidə mütləq çempion, eyni zamanda "ONE Fight Night 13"də növbəti qələbəsini qazanan Çingiz Əlləzov Vətənə qayıdıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər və media nümayəndələri qarşılayıblar.

Otuz yaşlı döyüşçü Taylandın paytaxtı Banqkokda ermənistanlı Marat Qriqoryana qalib gəlib. Ç.Əlləzov kəməri müdafiə döyüşündə 5 raundluq mübarizənin sonunda qalib elan olunub.

Qeyd edək ki, Çingiz Əlləzov 2023-cü ilin yanvarında dünyanın ən məşhur kikboksinq təşkilatı "One Championship"in çempionu olub. O, "ONE Fight Night-6" turniri çərçivəsində yüngül çəkidə keçmiş çempion, Tayland döyüşçüsü Superbon Sinqh üzərində qələbə qazanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.