İdman

Ərəblər Azərbaycan klubuna 300 min ödədi - SÜRPRİZ TRANSFER

6 Avqust 2023 23:54
Baxış: 1 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sabah"ın düşərgəsində baş verən şok ayrılıq barədə xəbər vermişdik.

Belə ki, komandanın liderlərindən biri olan Coy Lens Mikels buradan ayrılıb. Milli.Az bildirir ki, Səudiyyə Ərəbistanından yaxşı təklif alan almaniyalı legioner klubunu dəyişməyə qərar verib.

Keçidlə bağlı yeni məlumatlar əldə etmişik. Bu transferdən təkcə vinger yox, həm də Azərbaycan klubu bir xeyli qazanc əldə edəcək.

Düzdür, baş məşqçi Murad Musayev bu keçidə qarşı olub. O, istedadlı yetirməsinin gedişinə razılaşmayıb. Amma rəhbərlik çalışdırıcının istəyini qarşılaya bilməyib. Belə ki, ön xətt oyunçusunun "tələbələr"lə 2024-cü ilin yayına kimi olan müqaviləsində bənd var ki, 300 min təzminat ödəyən klub futbolçunu heyətinə qata bilər. Ərəblərin də dadına məhz bu bənd çatıb.

29 yaşlı hücumçu 2021-ci ildən "Sabah"ın şərəfini qoruyurdu. O, arxada qalan müddətdə meydana çıxdığı 68 oyunda 32 qol, 19 asistlə yadda qalıb. (sportinfo.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.