"Barselona" 2006-cı il təvəllüdlü almaniyalı futbolçu Noa Darviçi transfer etmək niyyətindədir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano öz "Facebook" səhifəsində məlumat verib.
"Noa Darviç öz mövqeyində ən yaxşı istedadlardan biri hesab edilir. 16 yaşı olmasına baxmayaraq, o zaman artıq "Frayburq"un əsas komandasında idi", - deyə insayder qeyd edib.
Onun sözlərinə görə, "Barselona" futbolçunun yarımmüdafiə üzrə hazırkı və gələcək layihələrin bir hissəsi olmasını istəyir.
Milli.Az