İdman

Böyük Britaniya Qran-Prisinin qalibi müəyyənləşdi

9 İyul 2023 21:27
Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Formula 1 çempionatının 2023-cü il mövsümünün onuncu mərhələsi - Böyük Britaniya Qran-Prisinin qalibi məlum olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Silverstoun" avtodromunda keçirilən yarışda "Red Bull" komandasından olan niderlandlı pilot Maks Ferstappen qalib gəlib.

İkinci yeri "McLaren"dən britaniyalı Lando Norris tutub. İlk üçlüyü "Mercedes"i təmsil edən həmyerlisi Luis Hamilton qapayıb. Norris yeddinci dəfə Formula 1 Qran-Pri mərhələsinin qalibi olub, sonuncu dəfə 2022-ci ilin aprelində İtaliyanın İmola şəhərində keçirilən yarışın sonunda üçüncü yeri tutaraq ilk 3-lükdə olub.

Ferstappen ardıcıl altıncı Qran-Prisini qazanıb. Əvvəllər pilot Amerikanın Mayami, Monako, İspaniya, Kanada və Avstriyada mərhələlərin qalibi olub.

"Red Bull" komandası bu mövsüm bütün Qran-Pri mərhələlərində qalib gəlib, həmçinin ötən mövsüm final mərhələsini də qazanıb. "Red Bull" "Formula 1" rekordunu təkrarladı, bundan əvvəl 1988-ci il mövsümündə "McLaren" komandası ardıcıl 11 qələbə qazanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.