İdman

İdmançımızdan Avropa birinciliyində qızıl medal

8 İyul 2023 00:14
Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moldovanın paytaxtı Kişinyov şəhərində 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında keçirilən Avropa birinciliyində Azərbaycan yığmasının üzvü Hüseyn Heydərov (81 kq) birdən qaldırmada 118 kq nəticə ilə qızıl medal qazanıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, idmançımız təkanla qaldırma hərəkətində 139 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə də qızıl medala layiq görülüb. Toplam 257 kq (118+139) nəticə göstərən Heydərov yekun sıralamada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.