İdman

“Barselona” klubu səhmlərinin 49 faizini sata bilər

17 İyun 2023 15:00
Baxış: 1 005
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniyanın "Barselona" klubu maliyyə problemlərini həll etmək üçün səhmlərinin 49 faizini sata bilər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, kataloniyalılar bunun çıxış yolu olduğunu düşünürlər.

La Liqa çempionu hüquqi formanı dəyişməyi planlaşdırır. "Barselona" hazırda formal olaraq qeyri-kommersiya təşkilatıdır. Məsələ ilə bağlı bir neçə dəfə Səudiyyə Ərəbistanına səfər edən prezident Joan Laporta hazırda növbəti danışıqlar üçün Qətərdədir.

Qeyd edək ki, "Barselona" maliyyə problemi ucbatından keçmiş futbolçusu Lionel Messini komandaya qaytara bilməyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.