Azərbaycan gimnastikası ilk dəfə Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında təmsil olunacaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın bədii gimnastika üzrə Xüsusi Olimpiada idmançısı Mehriban Tağıyeva Bakıda Milli Gimnastika Arenasında yoxlama məşqi keçirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Mehriban Tağıyeva ölkəmizi Berlində (Almaniya) keçiriləcək Ümumdünya Xüsusi Olimpiya Yay Oyunlarında bədii gimnastika yarışlarında təmsil edəcək.
Məşq zamanı Mehriban Tağıyeva dörd gimnastika aləti - halqa, top, gürz və lentlə hərəkətləri nümayiş etdirib.
Mehriban Tağıyevanın məşqçisi Səbinə Məmmədova media nümayəndələrinə bildirib ki, 16 yaşlı idmançı 6 aydır bədii gimnastika ilə məşğul olur:
"İyunun 17-dən 25-dək Berlində Ümumdünya Xüsusi Olimpiya Yay Oyunları keçiriləcək. Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq ölkəmizi bu yarışlarda Mehriban Tağıyeva təmsil edəcək. Əvvəlcə o bizimlə ümumi fiziki hazırli keçirdi, sonra onu Xüsusi Olimpiya yarışlarına hazırlamaq qərarına gəldik. Yarışlarda idmançı ayrı-ayrı növlərdə və çoxnövçülükdə çıxış edəcək".
Səbinə Məmmədovanın sözlərinə görə, 2017-ci ildən ölkəmizdə Xüsusi Olimpiada proqramı üzrə gimnastika məşğələləri keçirilir.
Mehriban Tağıyevanın anası Xatirə Tağıyeva qızının Berlində keçiriləcək Ümumdünya Xüsusi Olimpiya Yay Oyunlarında uğurla çıxış edəcəyinə ümid etdiyini bildirib:
"Qızımın həyatında bədii gimnastika böyük rol oynayır. Mehriban uzun müddət atletika ilə məşğul olub, sonra bədii gimnastika ilə məşğul olmaq təklifi alıb və hazırda bu idman növü ilə böyük məmnuniyyətlə məşğul olur. Bu fürsətə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, Xüsusi Olimpiada əqli qüsurlu insanlar üçün idman və istirahət tədbirlərinin təşkili və yarışların keçirilməsi ilə bağlı dünya miqyasında hərəkatdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Elvin uzun müddət sonra - (Video)
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
XƏBƏR LENTİ
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)





