İdman

Zlatan İbrahimoviç futbol karyerasını başa vurub

5 İyun 2023 07:07
Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zlatan İbrahimoviç futbol karyerasını başa vurduğunu açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Z.İbrahimoviç İtaliya çempiionatının "Milan" - "Verona" oyunundan (3:1) sonra azarkeşlər üçün təşkil olunan vida mərasimində deyib.

"Futbolla vidalaşmağın vaxtıdır. Amma mən sizinlə vidalaşmıram, əziz azarkeşlər", - deyə o bildirib.

Zlatan İbrahimoviçin 41 yaşı var və 2020-ci ildən "Milan"da çıxış edir. Lakin o, zədə və diz əməliyyatı səbəbindən 2022/23 mövsümünün çox hissəsini buraxdı. Bu mövsüm Z.İbrahimoviç İtaliya çempionatında cəmi dörd oyuna çıxıb və bir qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.