İdman

Avrokubokların finallarını idarə edəcək hakimlər açıqlandı

22 May 2023 21:02
Baxış: 1 316
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avrokuboklarda final oyunlarının hakimləri müəyyənləşib.

Milli.Az matç.az-a istinadən xəbər verir ki, Çempionlar Liqası (ÇL), Avropa Liqası (AL) və Konfrans Liqasının (KL) hakimləri açıqlanıb.

"Mançester Siti" ilə "İnter" arasında Türkiyədə baş tutacaq ÇL finalını polşalı Şimon Marçinyak idarə edəcək. "Sevilya" və "Roma"nın üz-üzə gələcəyi AL-in Budapeştdəki həlledici qarşılaşması ingiltərəli Entoni Teylora həvalə olunub.

KL-in finalı isə ispaniyalı Karlos Del Serro Qrandeyə tapşırılıb. O, Praqada "Fiorentina" -"Vest Hem" matçında iş başında olacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 31-də, Konfrans Liqasının həlledici görüşü iyunun 7-də keçiriləcək. Çempionlar Liqasının qalibi isə iyunun 10-da bilinəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.