İdman

“Qalatasaray”dan vacib qələbə

8 May 2023 23:46
Baxış: 1 411
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Super Liqasında 32-ci tura yekun vurulub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

Lider "Qalatasaray" doğma meydanda "Başakşehir"ə 1:0, "Trabzonspor" "Ankaragücü"yə 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turnir cədvəlinə 73 xalla (31 oyun) "Qalatasaray" başçılıq edir. "Beşiktaş" 68 xalla (32 oyun) 2-ci, "Fənərbaxça" 68 xalla (31 oyun) 3-cüdür.

8 may

"Qalatasaray" - "Başakşehir" -1:0
Qol: İkardi, 45+8-pen

"Trabzonspor" - "Ankaragücü" - 2:0
Qollar: Bozok, 45+1, 62
Qırmızı vərəqələr: Kitsiou, 10, Kafkas, 11 (hər ikisi "Ankaragücü")

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.