Hadisə

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə - Cinayət işi açıldı

10 Dekabr 2025 14:55
Baxış: 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində baş verən maliyyə pozuntuları ilə əlaqədar cinayət işi açılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Baş Prokuroluqda fakt üzrə Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu, mərkəzdə subsidiyaların təyinatı üzrə istifadə olunmaması və mənimsənə faktı ilə bağlıdır. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məlumata görə, yoxlama aparılan müddətdə Hacıqabul DAİM-in müdiri Ariz Abuzərov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onunla bağlanmış müqaviləyə xitam verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.