İdman

Azərbaycanda minifutbola diqqət və qayğı bir çox ölkələrə nümunədir - FOTO

4 May 2023 17:02
Baxış: 1 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov və federasiyanın üzvləri ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda, Afrika Minifutbol Konfederasiyasının prezidenti Əşrəf Ben Salfa, Türkiyə Minifutbol Federasiyasının prezidenti Cem Durul, İtaliya Minifutbol Federasiyasının prezidenti Cianluka Finazzi, CAR Minifutbol Federasiyasının prezidenti Edqar Sandamela və digər ölkələrin federasiya rəhbərləri ilə görüşüblər.

Görüşdə qonaqlar Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinin təşkilini yüksək qiymətləndiriblər. Həmçinin Azərbaycanda bu idman növünün təbliğinin yüksək səviyyədə aparıldığını, bu işdə Azərbaycan Minifutbol Federasiyasının səmərəli fəaliyyətini xüsusi vurğulayıblar. Qeyd edilib ki, Azərbaycanda minifutbola göstərilən diqqət və qayğı bir çox ölkələrə nümunə olmalıdır.

Minifutbol üzrə dünya və Avropa çempionatlarının ölkəmizdə keçirilməsinə dair fikir mübadiləsinin aparıldığı görüşdə Azərbaycanın dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi etdiyi və təşkilatçılıq sahəsində böyük təcrübəsi olduğu qeyd edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.