İdman

Ronaldunu transfer etməyin səhv addım olduğunu deyən “Ən-Nəsr” prezidenti istefa verib

28 Aprel 2023 22:28
Baxış: 1 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun prezidenti Musalli Əl-Muammer istefa verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, o, istefa ərizəsini İdman Nazirliyinə təqdim edib. Buna Kriştianu Ronaldu transferinin uğursuz olmasının səbəb olduğu bildirilib. Tezliklə klubda yeni idarə heyətinin formalaşdırılacağı qeyd olunub.

Xatırladaq ki, daha əvvəl klub pezidenti açıqlamasında portuqaliyalını transfer etməyin yanlış addım olduğunu deyib:

"Həyatımda cəmi iki dəfə aldadılmışam. Birincisində üç kabab sifariş verdiyim zaman ikisi gəlmişdi. İkincisində isə Kriştianu Ronaldu ilə müqavilə imzaladıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.