İdman

Şahmatçımız dünya ikincisi oldu

25 Aprel 2023 12:36
Baxış: 1 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanın Rodos şəhərində 17 yaşadək məktəblilər arasında şahmat üzrə dünya çempionatı keçirilib.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, başa çatan yarışda Azərbaycan təmsilçisi Süleyman Süleymanlı uğurlu çıxış edib.

Həmyerlimiz yarışda 7 xal toplayaraq gümüş mükafata yiyələnib. O, dünya çempionu olan türkiyəli Adar Tarhandan cəmi yarım xal az toplayıb. Üçüncü sırada isə 6,5 xalla Andrey Filip (Rumıniya) qərarlaşıb.

Qeyd edək ki, dünya çempionatında 51 ölkənin şahmatçısı mübarizə aparıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.