İdman

Lionel Messi Liqa 1-də tarixə düşüb

22 Aprel 2023 18:22
Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Liqa 1-də tarixə düşüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu buna "Anje"yə 2:1 hesabı ilə qalib gəldikləri XXXII tur matçında nail olub.

Görüşdə məhsuldar ötürmə ilə yadda qalan təcrübəli forvard cari mövsüm 15-ci assistini gerçəkləşdirib. O, bu rəqəmə ən tez çatan oyunçu adına sahib çıxıb. Argentinalı futbolçu buna 27 qarşılaşmada müvəffəq olub.

Bundan əlavə, Messi 2006/2007 mövsümündən sonra Eden Azar və Kilian Mbappedən sonra Liqa 1-də 15 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olan üçüncü oyunçudur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.