İdman

O, Messi ilə oynamaq istəyir

12 Aprel 2023 07:52
Baxış: 1 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın hücumçusu Robert Levandovski PSJ-nin futbolçusu Lionel Messi barədə açıqlama verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Levandovski Messinin Kataloniya klubuna geri dönməsini çox istədiyini və onunla oynamaq marağında olduğunu deyib.

O bildirib ki, Messi həmişə "Barselona"ya aid olub:

"Bura onun evidir. Növbəti mövsümdə "Barselona"da onunla birlikdə oynamağı ümid edirəm".

Qeyd edək ki, yerli mətbuatda Lionel Messinin "Barselona"ya qayıdacağı ilə bağlı xəbərlər yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.