İdman

"Mançester Siti"nin yetirməsi bu Azərbaycan klubuna keçir

3 Aprel 2023 22:01
Baxış: 1 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Turan Tovuz" heyətinə yeni oyunçu cəlb edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, qanalı yarımmüdafiəçi Divin Naahdır. 26 yaşlı yarımmüdafiəçi müqavilə bağlamaq üçün Bakıya gəlib.

Klubun icraçı direktoru Nadir Nəbiyev Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. O, hələlik keçidin rəsmiləşmədiyini, danışıqların davam etdiyini bildirib. Klub rəsmisi danışıqların uzun çəkməsinin futbolçunun sənəd problemi ilə bağlı olduğunu deyib.

"Mançester Siti"nin yetirməsi olan Naah daha sonra bir neçə kluba icarəyə verilib. Onun son klubu Litva "Jalgiris"i olub. Dayaq yarımmüdafiəsi mövqeyində çıxış edən futbolçu bu ilin əvvəlində "Jalgiris"dən ayrılıb və hazırda azad agent statusu daşıyır.

Qeyd edək ki, bununla bağlı ilk xəbəri futbolinfo.az saytı yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.