"Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev Premyer Liqanın 30-cu turunun "İnter"lə oyunu öncəsi komandadakı durumu dəyərləndirib, FİFA-nın qərarından sonrakı ab-havaya, eləcə də bu qərara qarşı çıxanların açıqlamalarına toxunub, son üç oyunda yüz faizli nəticə qazanmaq şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
"Komandada əhval-ruhiyyə onsuz da çox yaxşı idi. Çünki ötən həftə biz "Neftçi"ni məğlub etmişdik. Baxmayaraq ki, "Böyük oyun" ərəfəsindəki ajiotajın çox az olması məni narahat edirdi. Çünki iki il əvvəl bu oyunlar daha maraqlı alınırdı. FİFA-nın altı xalımızı qaytarmasına gəlincə, düzü bunun belə olacağını bilmirdik. İndi buna görə hərə bir cür fikir səsləndirir. Mən hamının fikrinə hörmətlə yanaşıram. Lakin bir məqamı unutmaq lazım deyil ki, bu qalmaqala görə biz də üç vacib xal itirdik. Bizim altı xalımızı məhz "Bakı" ilə oyundan bir gün öncə sildilər. Nəticədə paytaxt klubu böyük hesabla qələbə qazandı. Halbuki, belə bir qərar çıxarılmasaydı və komandamızdakı atmosfer bu şəkildə korlanmasaydı, "Bakı" bizi məğlub edə bilməzdi".
Ağayev "İnter"lə qarşıdakı oyuna da toxunub: "Hamı "İnter"in necə ciddi rəqib olduğunu anlayır. Amma biz meydana qələbə üçün çıxacağıq. Çünki başqa nəticə bizi qane etmir. Bizim çempionluq şansımız var. Bu üzdən də mütləq qələbə qazanmalıyıq. "Bankirlər"lə yanaşı "Qəbələ" və "Qarabağ"la da oyunlarımız qalır. Futbolda hər şey mümkündü. Doqquz xal toplaya bilərik. Amma bu, çempion olacağımıza təminat vermir. Çünki liderin xal itirməsi də vacibdi. Hər halda biz uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Turnir cədvəlinə isə sonda baxarıq".
Milli.Az
İdman
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Kamran Ağayev: "Bizim çempionluq şansımız var"
28 Aprel 2012 11:22
0 Şərh
Baxış: 259

DİGƏR XƏBƏRLƏR
-
"Neftçi" növbəti transferini reallaşdırdı
-
Messi diskvalifikasiya oluna bilər
-
Qurban Qurbanov: "Şelburn"a qarşı səhvsiz oynamağa çalışacağıq"
-
"Liverpul" və "Çelsi"nin sabiq futbolçusu vəfat etdi - FOTO
-
“Onu cərimələyib əvəzedici heyətə göndərdik” - Rəşad Sadıqov
-
"Liverpul"un əfsanəsi vəfat etdi - FOTO
XƏBƏR LENTİ
-
Gündəlik makiyaj edən qadınlara xəbərdarlıq - 12 illik araşdırma riski üzə çıxardı!
-
Bu saatlarda gəzinti xərçəng riskini azaldır
-
Bu rayonda işıq kəsiləcək
-
"Neftçi" növbəti transferini reallaşdırdı
-
İllər əvvəl "Vağzalı" ilə gəlin köçən azərbaycanlı məşhurlar - FOTO
-
Günün qoroskopu: ruhunuz narahat ola bilər
-
Aysunun sevgilisi deyilən iş adamının görüntüləri - VİDEO - FOTO
-
Güclü yanğın baş verən ərazilərdə minalar partladı - yenilənib - VİDEO - FOTO
-
Dünyaca məşhur rokçu vəfat etdi
-
Mais Cəfərov faciəvi şəkildə vəfat etdi - təfərrüat - VİDEO
-
"Baza" "Telegram" kanalının baş redaktoru saxlanıldı
-
Messi diskvalifikasiya oluna bilər
-
Qurban Qurbanov: "Şelburn"a qarşı səhvsiz oynamağa çalışacağıq"
-
Bakıda lüks avtomobil taksi ilə toqquşdu - VİDEO
-
Kilosu 26 manat olmalıdır, amma 15 manata satılır – Təhlükə siqnalı
-
Təcrübəsiz sürücülərə tövsiyə olunan avtomobillər
-
Şuşada Vaqif Poeziya Günləri keçirilib - yenilənib - FOTO
-
44 yaşlı kişi döyülərək öldürüldü - iki oğlu saxlanıldı
-
Daşkəsəndə avtomobil aşıb - Yaralılar var
-
Sevgilisini yatdığı yerdə bıçaqlamışdı - hökm oxundu
-
Polşa əhaliyə Rusiya ilə bağlı xəbərdarlıq etdi
-
Gürcüstan Azərbaycan səfirliyinə əlavə ərazi ayırdı
-
Azərbaycan və Türkiyə arasında memorandum imzalandı - FOTO
-
Mərdəkanda bir nəfər dənizdə batdı