İdman

"Liverpul"un əfsanəsi vəfat etdi - FOTO

22 İyul 2025 16:44
Baxış: 506
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Liverpool" və "Wrexham" klublarının əfsanəvi futbolçusu Coey Cons 70 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, məlumata görə, uelsli keçmiş müdafiəçi bir müddət davam edən xəstəlikdən sonra vəfat edib.

1975-ci ildə doğma klubu "Wrexham"dan "Liverpool"a transfer olunan Cons "Anfield"də keçirdiyi üç il ərzində azarkeşlərin sevimlisinə çevrilmişdi. Sol cinah müdafiəçisi kimi çıxış edən Coey Cons, uşaqlıqdan "Liverpool" azarkeşi idi və bu klubda olmağı onun üçün bir arzu idi.

Cons "Liverpool"da çıxış etdiyi dövrdə aşağıdakı titulları qazanıb:

İngiltərə çempionluğu, iki dəfə Avropa Kuboku (European Cup) ,UEFA Superkuboku

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.