Şuşada Vaqif Poeziya Günləri keçirilib - yenilənib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
21:01
İyulun 22-də Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada növbəti dəfə Vaqif Poeziya Günləri təşkil olunub.
Trend xəbər verir ki, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət naziri Adil Kərimli, dövlət və hökumət qurumlarının nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, Vaqif Poeziya Günlərinin Şuşada artıq beşinci dəfə keçirilməsi mühüm hadisədir. Tədbirin ardıcıl və davamlı şəkildə təşkil olunması mədəniyyətimizə verilən yüksək dəyərin göstəricisidir.
"Şuşa sözün əsl mənasında Azərbaycanın mədəniyyət paytaxtıdır. Böyük bəstəkarların, şairlərin, sənətkarların və yaradıcı insanlarımızın doğulub boya-başa çatdığı müqəddəs bir yurd yeridir. Biz bu mənəvi məkanda - Vaqifin məqbərəsinin önündə poeziyanın və ədəbiyyatın bayramını qeyd edirik. Bu, mənim üçün həm qürurverici, həm də sevindirici bir hadisədir", - deyə o, diqqətə çatdırıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında türk dünyasının ortaq dəyərlərindən olan poeziyanın insanları zaman və məkan tanımadan birləşdirdiyini vurğulayıb. O qeyd edib ki, Türk dünyasının ortaq mədəni dəyərlərinin bu cür tədbirlər vasitəsilə yaşadılması və dünyaya tanıdılması təqdirəlayiq təşəbbüsdür.
Sonra çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov Molla Pənah Vaqifin zəngin və çoxşaxəli yaradıcılığına toxunaraq qeyd edib: "Biz bu gün təkcə bir poeziya günündə deyil, eyni zamanda Vaqifin keçdiyi mənəvi, ədəbi yolun son dayanacağı olan Şuşadayıq. Bu torpaq onun ruhunu yaşadır, bu şəhər onun sözünün, fikir dünyasının möhtəşəm təcəssümüdür. Qazaxdan başlanan və Şuşada öz zirvəsinə çatan yaradıcılıq yolu, əslində, Azərbaycan ədəbiyyatının özüdür. Şuşa doğrudan da sözün, musiqinin, sənətin sehri ilə yoğrulmuş mədəniyyət ocağıdır. Burada hər addımda tarix, poeziya və ruh var".
Daha sonra Qarabağ Universitetinin İncəsənət fakültəsinin iştirakı ilə Molla Pənah Vaqifə həsr olunmuş "Səda içində söz" kompozisiyası və "İgidlərin sözü" layihəsi təqdim olunub.
Xatırladaq ki, Vaqif Poeziya Günlərinin açılışı iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda olub. İyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edən Poeziya Günləri iyulun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq.
Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında - o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ hotelində və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.
Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb, Ümummilli Liderin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı. Lakin 1990-cı illərdə Qarabağın işğalı ilə bu ənənəyə ara verildi.
2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbə bu ənənənin yenidən doğuluşuna şərait yaratdı. 2021-ci ildən etibarən Şuşada Vaqif Poeziya Günləri bərpa olunaraq daha böyük ruhla keçirilməyə başlandı. Bu isə təkcə ədəbiyyat bayramı deyil, həm də milli qürur, azadlıq və torpaqlarımıza sahib çıxma əzminin təntənəsidir.
----------
19:10
İyunun 22-də Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada növbəti dəfə Vaqif Poeziya Günləri təşkil olunub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə dövlət və hökumət qurumlarının nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirlər.
Xatırladaq ki, Vaqif Poeziya Günlərinin açılışı iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda olub. İyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edən Poeziya Günləri iyulun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq.
Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında - o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ oteli və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.
Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb və Ümummilli Liderin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı. Lakin 1990-cı illərdə Qarabağın işğalı ilə bu ənənəyə ara verildi. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbə bu ənənənin də yenidən doğuluşuna şərait yaratdı. 2021-ci ildən etibarən Şuşada Vaqif Poeziya Günləri bərpa olunaraq daha böyük ruhla keçirilməyə başlandı. Bu isə təkcə ədəbiyyat bayramı deyil, həm də milli qürur, azadlıq və torpaqlarımıza sahib çıxma əzminin təntənəsidir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
-
İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək
-
Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir
-
Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır





