İdman

9 "Qarabağ"lı "Qalatasaray"a qarşı oynamayacaq

17 Mart 2023 21:39
Baxış: 899

"Qarabağ"ın doqquz futbolçusunun "Qalatasaray"a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacağı dəqiqləşib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunlar Marko Veşoviç, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev və Musa Qurbanlıdır.

Marko Veşoviç və Marko Yankoviç Avro-2024-ün seçmə mərhələ matçları üçün Monteneqro millisinin heyətinə dəvət alıb. Digər oyunçular isə Azərbaycan yığmasına çağırılıblar.

Qeyd edək ki, martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək.

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics