İdman

2 dəqiqədə Mbappe və Messinin rekordunu yenilədi

15 Mart 2023 08:37
Baxış: 1 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin ulduzu Erlinq Haaland UEFA Çempionlar Liqasında "Leyptsiq"ə 2 dəqiqə ərzində 2 qol vurub. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, norveçli ulduz 25 matçda 30 qol vuraraq Çempionlar Liqasında bu rəqəmə çatan ən gənc oyunçu olub. 

Haaland ilk hissədə het-trik edərək Mbappe və Messinin rekordunu qırıb. İkinci hissədə daha 2 qol vuran və matçda 5 qola çatan Haaland bir matçda ən çox qol vuran Messinin rekordunu təkrarlayıb.

Beləliklə, Haaland Çempionlar Liqasında:

30 qola çatan ən gənc oyunçu;

25 oyunda 31 qol vuran ilk oyunçu;

Pley-off roundda het-trik edən ilk "Mançester Siti" oyunçusudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.