İdman

Filippinli gimnast Bakıda ikinci qızıl medalını qazandı

12 Mart 2023 14:48
Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Filippin təmsilçisi Edriel Karlos Yulo Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında ikinci qızıl medalını qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, kişilər arasında dayaqlı tullanma yarışlarının finalında E.Yulo uğurla çıxış edərək hakimlərdən 14,933 xal alıb və bütün rəqiblərini qabaqlayıb.

Böyük Britaniya gimnastı Harri Hepvort 14,816 xalla gümüş, Honqkonq idmançısı Hunq Şek Vey 14,716 xalla bürünc medala sahib olub.

Ötən gün filippinli gimnast E.Yulo paralel qollar üzrə yarışlarda da qızıl medal qazanmışdı.

Turnirdə rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.