İdman

Mourinyo PSJ-ni çalışdıra bilər

18 Fevral 2023 09:00
Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma"nın baş məşqçisi Joze Mourinyo PSJ-ni çalışdıra bilər.

Bu barədə "Foot Mercato" məlumat yayıb. Paris təmsilçisinin idman direktoru Luis Kampos 60 yaşlı mütəxəssislə mümkün keçidi müzakirə edib.

Daha əvvəl PSJ-nin bəzi futbolçularının hazırkı çalışdırıcı Kristof Qaltyenin futbol savadından və məşqçiliyindən şübhələndiyi və ondan narazı qaldıqları bildirilirdi. Bununla bağlı rəhbərlik vəziyyətin pisləşəcəyi təqdirdə alternativ variant fikirləşib. Bu isə Joze Mourinyo variantıdır.

Kampos Mourinyonun böyük pərəstişkarıdır. Qeyd olunur ki, onların yaxşı münasibəti var.

PSJ ilə "Roma" arasında hələlik danışıqlar başlamayıb. Lakin PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi ilə "Roma"nın sahibi Den Fridkin arasında isti münasibət var.

Qeyd edək ki, Mourinyo 2021-ci ildən "Roma"nı çalışdırır. Onun İtaliya klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.