İdman

Batut gimnastikası üzrə 7-ci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək

11 Fevral 2023 10:55
Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 24-də Milli Gimnastika Arenasında təşkil ediləcək batut gimnastikası üzrə 7-ci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyi və Bakı çempionatında ümumilikdə 94 idmançı (batut üzrə 62, tamblinq üzrə 32) mübarizəyə qoşulacaq.

Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a verilən məlumata görə, yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, "Neftçi" İdman Klubu, 13 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edəcək idmançılar fərdi proqramda balacalar (2016-2017-ci il), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.

Yarışlar haqqında ətraflı məlumat federasiyanın rəsmi internet səhifəsində mütəmadi olaraq yenilənəcək.

Yerli idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 5 manat təşkil edir.

Yarışların başlama vaxtı:
24 fevral - 12:00

Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: "Koroğlu" metro stansiyası

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.