İdman

İlin ən gözəl qoluna əsas namizədlər açıqlandı - VİDEO

11 Fevral 2023 13:38
Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FIFA 2022-ci il Puşkaş mükafatına finalçı namizədləri açıqlayıb.

Milli.Az xəbər verir ki, 11 oyunçudan 3-nün qolu ilin ən yaxşısı olmağa namizəd göstərilib. Amputa futbolu üzrə Polşanın "Varta" klubunun üzvü Martsin Oleksi də yekun iddiaçılar sırasına düşüb.

Braziliya millisinin üzvü Rişarlisonun Qətərdə keçirilən dünya çempionatında Serbiyanın qapısına akrobatik tullanışla vurduğu qol da mükafata layiq görülə bilər.

Fransalı Dimitri Paye də qalib ola bilər. Onun "Marsel"in formasıyla Avropa Liqasının 1/4 final mərhələsində uzaq məsafədən vurduğu qol Puşkaş mükafatına iddialıdır.

Qeyd edək ki, Frems Puşkaş mükafatı 2009-cu ildən FIFA tərəfindən təsis edilib. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.