İdman

Alveşin həyat yoldaşı futbolçudan boşanır - FOTO

1 Fevral 2023 18:30
Baxış: 1 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dani Alveşin həyat yoldaşı ondan boşanmaq üçün məhkəməyə müraciət edib.

"Barselona", PSJ və "Yuventus"un keçmiş futbolçusu zorlama ittihamı ilə zaminə buraxılmadan həbs edilib. Onu 4 ildən 12 ilə qədər həbs gözləyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Alveşin həyat yoldaşı olan ispan model Coana Sans zərərçəkmişin ifadəsinə şübhə etmir və qərarını çox düşündükdən sonra verib.

39 yaşlı braziliyalı həbsxanada həyat yoldaşı ilə görüşməkdən imtina etdiyi üçün 30 yaşlı qadın vəkilləri vasitəsilə vəsatət qaldırıb.

Qeyd edək ki, Sans daha əvvəl "Instagram" hesabından Dani Alveşlə olan şəkillərini silib. Coana ərini açıq şəkildə dəstəklədiyinə və məsələ ilə bağlı ilk açıqlamalarına görə peşman olub. O, həmin sözləri Daninin vəkilinin təklifi ilə dediyini bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.